Son dəqiqə

Prezident İlham Əliyev

Sumqayıtda yolların təmirinə 8,1 milyon manat ayrıldı

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon (səkkiz milyon yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Mövzuya görə xəbərlər