Bakı. TurkicWorld:
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
TurkicWorld xəbər verir ki, ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb.
O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.