Çin Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

Qırğızıstanın Xarici İşlər Naziri Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü ilə görüşüb

Bakı. TurkicWorld:

Qırğızıstanın Xarici İşlər naziri Jeenbek Kulubayev, Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü Qin Qang ilə ikitərəfli görüş keçirib.

TurkicWorld xəbər verir ki,bu haqda Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər görüş zamanı sərhəd ticarətinin, elektron ticarət və qarşılıqlı ticarətin inkişafı üçün Toruqart və İrkeştam keçid məntəqələrinin perspektivlərinə əsaslanaraq, keçid qabiliyyətinin artırılmasının mümkünlüyünü vurğulayıb.

““Bir kəmər, bir yol” təşəbbüsünün mühüm həlqəsinə çevriləcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi layihəsinin praktiki icrasının sürətləndirilməsi vacibdir” – deyə Jeenbek Kulubayev qeyd edib.

Bundan əlavə, Qırğızıstan tərəfinin birgə investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən kənd təsərrüfatı, emal sənayesi, tekstil və tikiş sənayesi, energetika və bankçılıq sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Qin Gang isə Qırğızıstan-Çin strateji tərəfdaşlıq əlaqələrinin inkişafını yüksək qiymətləndirib.

“Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədi ilə Qırğızıstan və Çin arasında 2030-cu ilə qədər orta və uzunmüddətli ticarət-iqtisadi inkişaf proqramının həyata keçirilməsi və Qırğızıstan-Çin ticarət-iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın rolunun artırılması vacibdir” - deyə Qin Gang bildirib.

Görüşdən sonra tərəflər regional və qlobal gündəlikdəki mühüm məsələlər, o cümlədən ŞƏT çərçivəsində əməkdaşlıq və “Kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər