Son dəqiqə

Qırğızıstan Temir Sarıyev Edil Baysalov Expo Eurasia

Bişkekdə keçirilən Expo Eurasia - Qırğızıstan sərgisini ilk gün 1500- dən çox insan ziyarət edib

Bakı. TurkicWorld:

Bişkekdə keçirilən Expo Eurasia - Qırğızıstan sərgisini ilk gün 1500- dən çox insan ziyarət edib.

TurkicWorld-a Qırğızıstanın Ticarət və Sənaye Palatasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkənin Nazirlər Şurası sədrinin müavini Edil Baysalov, Ticarət və Sənaye Palatasının prezidenti Temir Sarıyev, xarici dövlətlərin səfirləri, iş adamları iştirak ediblər.

Yarmarkada qidadan tutmuş texnologiyaya və avtomobillərə qədər iqtisadiyyatın demək olar ki, bütün sahələrini bir araya gətirilib.

Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Temir Sarıyev iştirakçılara uğurlar arzulayıb, yarmarkanın üç gün davam edəcəyini və ən fəalların qiymətli hədiyyələrlə mükafatlandırılacağını qeyd edib.

“Burada biznesi məmnuniyyətlə birləşdirmək, sənayemizin necə inkişaf etdiyini görmək və eyni zamanda istehlak mallarını almaq imkanımız var. Əsas məqsədimiz yerli istehsalçıya dəstək olmaqdır”, - deyə Sarıyev bildirib.

Mövzuya görə xəbərlər