Son dəqiqə

Azərbaycan Qırğızıstan Birləşmiş Ərəb Əmirlikləri ixrac Samir Xeyirbəyov İsfa MMC Yevlax Pilot Aqroparkı Made in Azerbaijan

"İsfa" MMC məhsullarını Rusiya, Qırğızıstan və BƏƏ-yə ixrac edir

BAKI,TurkicWorld

Yevlax Pilot Aqroparkında fəaliyyət göstərən "İsfa" MMC istehsal etdiyi məhsulları yalnız daxili bazara deyil, eyni zamanda Rusiya, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edir. Şirkət bu fəaliyyətin "Made in Azerbaijan" brendinin beynəlxalq bazarlarda tanınmasına və ölkəyə valyuta daxilolmalarının artmasına töhfə verdiyini bildirir.

TurkicWorld xəbər verir ki, bu barədə "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov məlumat verib. Onun sözlərinə görə, şirkət Yevlax Pilot Aqroparkında fəaliyyət göstərən müəssisələr arasında məhsullarını xarici bazarlara ixrac edən aparıcı şirkətlərdən biridir.

Samir Xeyirbəyov bildirib ki, məhsulların Rusiya, Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına çıxarılması Azərbaycan mənşəli məhsulların xaricdə tanınmasına və ölkənin ixrac potensialının genişlənməsinə xidmət edir.

Şirkət rəhbəri qeyd edib ki, "İsfa" MMC məşğulluğun artırılmasına da mühüm töhfə verir. Onun sözlərinə görə, mövsüm dövründə müəssisədə təxminən 3 min nəfər çalışır.

Direktor əlavə edib ki, şirkət gələcəkdə də istehsal və ixrac imkanlarını genişləndirməyi, həmçinin yeni iş yerlərinin yaradılmasını davam etdirməyi planlaşdırır.

Mövzuya görə xəbərlər