Rusiya Qırğızıstanda 10-a yaxın yeni orta məktəb tikəcək

Rusiya Qırğızıstanda 10-a yaxın yeni orta məktəb tikəcək

Bakı, TurkicWorld:

Rusiya Qırğızıstanda doqquz yeni orta məktəb tikəcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Qırğızıstanın prezidenti Sadır Japarov və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı əldə edilib.

Məlumata əsasən, yeni təhsil müəssisələrindən məzun olan şagirdlər həm Rusiya, həm də Qırğızıstan tərəfindən tanınan şəhadətnamə alacaqlar.

Bundan əlavə, məktəblər müasir texnologiyalarla təchiz olunacaq.

Görüşdə çıxış edən Sadır Japarov hökumətlərarası komissiyanın növbəti iclasının nəticələrinin Qırğızıstan-Rusiya ikitərəfli əməkdaşlığının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.