Son dəqiqə

Aktotı Raimkulova Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumu

Aktotı Raimkulova İssık-Kul Beynəlxalq Forumunun plenar iclasında çıxış edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

19 iyun 2026-cı il tarixində Qırğızıstan Respublikasında keçirilən Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı Yubileyi öz işinə plenar iclaslarla davam edib. Forum çərçivəsində baş tutan plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında forumun Avrasiya məkanının ən nüfuzlu intellektual platformalarından biri olduğunu qeyd edərək, onun dövlət xadimlərini, alimləri, diplomatları, mədəniyyət nümayəndələrini və beynəlxalq ekspertləri dövrümüzün ən aktual məsələlərinin müzakirəsi üçün bir araya gətirdiyini vurğulayıb.

Fondun prezidenti builki forumun böyük qırğız yazıçısı, mütəfəkkiri və humanisti Çingiz Aytmatovun anadan olmasının 100 illiyinə həsr edilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, Çingiz Aytmatovun irsi təkcə Qırğızıstanın və Türk dünyasının deyil, bütövlükdə bəşəriyyətin ortaq mənəvi sərvətidir. Yazıçının əsərlərində əks olunan insan ləyaqəti, vətənə məhəbbət, tarixi yaddaşa sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət kimi dəyərlər bu gün də aktuallığını qoruyub saxlayır.

Çıxış zamanı Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstanda həyata keçirdiyi layihələr barədə də məlumat verib.

Çıxışı zamanı Aktotı Raimkulova həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr barədə forum iştirakçılarını məlumatlandırıb. Xüsusi diqqət türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə yönəlmiş təşəbbüslərə, eləcə də rəqəmsallaşma, innovasiya, elm və təhsil sahələrində həyata keçirilən, humanitar əməkdaşlığın möhkəmləndirilməsinə və müasir qlobal çağırışlar şəraitində Türk dünyasının dayanıqlı inkişafına töhfə verən layihələrə ayrılıb.

Forum öz işini 21 iyun tarixinədək davam etdirəcək.

Mövzuya görə xəbərlər