Son dəqiqə

Qırğızıstan

Qırğızıstan Milli Bankının sədri istefa verir

BAKI. TurkicWorld:

Qırğızıstan Milli Bankının sədri Melis Turğunbayev istefa verir.

TurkicWorld Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə martın 18-də Joqorku Keneşin (parlamentin) spikeri Marlen Mamataliyev məlumat verib.

Spiker qeyd edib ki, Turğunbayev vəzifəsindən öz istəyi ilə istefa verməsi barədə ərizə təqdim edib.

Turğunbayev Qırğızıstan Respublikasının Milli Bankının sədri vəzifəsinə 2024-cü ilin iyun ayında təyin olunmuşdu.

Mövzuya görə xəbərlər