Son dəqiqə

Qırğızıstan Sadır Japarov Qırğızıstan Mülki Aviasiya Agentliyi

Qırğızıstan yeni Airbus təyyarələri almağı planlaşdırır

Bakı,TurkicWorld

Qırğızıstan yeni təyyarələr almağı planlaşdırır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Mülki Aviasiya Agentliyindən məlumat verilib.

Qırğızıstan Prezidenti Sadır Japarovun Berlindəki işgüzar səfəri çərçivəsində Airbus şirkətinin prezidenti Yohan Plisse ilə görüş keçirilib.

Görüş zamanı tərəflər yaxın və uzaq xarici ölkələrə uçuşlar üçün Airbus zavodundan birbaşa yeni təyyarələrin alınması imkanını müzakirə ediblər. Qırğızıstan Airbus A320neo və A321neo modellərində təyyarələr əldə etməyi planlaşdırır.

“Hazırda ‘Qırğızıstan Hava Limanları’ ASC-nin rəhbərliyi, ‘Asman Airlines’ aviaşirkəti və Airbus nümayəndələri ilə bu təyyarələrin alınması məsələsi üzrə fəal danışıqlar aparılır,” – deyə agentlikdən bildirilib.

Qeyd olunub ki, alınması planlaşdırılan təyyarələr 170-180 sərnişin tutumuna malik olacaq.

Mövzuya görə xəbərlər