Son dəqiqə

Qırğızıstan Cenevrə

Cenevrədə Qırğızsıtan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında görüş olub

Bakı,TurkicWorld

Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov Cenevrəyə (İsveçrə) işgüzar səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Papa ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər miqrasiya sahəsində beynəlxalq gündəmdə olan məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Qırğızıstan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında layihə və proqram fəaliyyətlərinin həyata keçirilməsi yolu ilə əməkçi miqrantların hüquqlarının müdafiəsi məsələlərində əməkdaşlığın intensivləşdirilməsinə dair razılıq əldə olunub.

Tərəflər həmçinin, Qırğızıstan Respublikasının Prezident Sadır Japarovun qlobal iqlim dəyişikliyi kontekstində birgə işləmək imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər