Son dəqiqə

Qırğızıstan Bişkek

Bişkekdə zəlzələ olub

Bakı,TurkicWorld:

Bu gün Qazaxıstan və Qırğızıstan sərhəddində 4,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Bişkekdən 50 kilometr şimal-şərqdə yerləşib.

Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, Bişkekdə 3,5 gücündə yeraltı təkanlar hiss olunub. Yeraltı təkanlar Bişkek vaxtı ilə saat 11:13-də qeydə alınıb.

Mövzuya görə xəbərlər