Son dəqiqə

Qırğızıstan Bişkek

Bişkekdə iki yeni körpü tikiləcək

Bakı, TurkicWorld:

Qırğızıstanın paytaxtı Bişkekdə iki yeni körpünün tikintisi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət satınalmaları portalı məlumat yayıb.

Körpülərin tikintisi üçün Nəqliyyat və Yol İnfrastrukturunun İnkişafı Departamenti tərəfindən tender elan edilib.

Təxmini dəyəri 152 milyon som olan tenderə ərizələrin verilməsi üçün son tarix 11 iyun müəyyən edilib.

Mövzuya görə xəbərlər