Bakı, TurkicWorld:
Qırğızıstanın paytaxtı Bişkekdə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət rəhbərlərinin iclası keçiriləcək.
TurkicWorld xəbər verir ki, iclas iştirakçıları terrorizm və dini ekstremizmlə mübarizə üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi yollarını müzakirə edəcəklər.
Bundan başqa, iclasda əsas diqqət MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsinə və onların aradan qaldırılması üçün xüsusi xidmət orqanları arasında kommunikasiyanın artırılmasına yönəldiləcək.







