Qırğızıstanda zəlzələ baş verib

Qırğızıstanda zəlzələ baş verib

Bakı. TurkicWorld:

Bu gün Qırğızıstan ərazisində episentrdə təxminən 6 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata əsasən, Zəlzələnin episentrı Çolpon-Ata şəhərindən 35 km şimal-qərbdə, Almatıdan 40 km cənubda, Bişkekdən 190 km şimalda yerləşib.

Zəlzələnin intensivliyi Çolpon-Ata şəhərində 4 bal, Bişkekdə, Kumtor mədənində və Karakolda 3,5 bal hiss olunub.

X: Lamanasadli01