Son dəqiqə

Qırğızıstan Sadır Japarov

Qırğızıstan avtomobil brendini yaratmağa hazırlaşır

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov avtomobil istehsalı və satışı üzrə müəssisənin tikintisinin təməlqoyma mərasimində iştirak edib.

TurkicWorld xəbər verir ki, layihənin əsas fəaliyyəti elektromobillərin, kommersiya və minik avtomobillərinin, xüsusi texnikanın yığılması, o cümlədən nəqliyyat vasitələrinin və onlara aid məhsulların beynəlxalq bazarda satışına yönəlib.

Məlumata əsasən, müəssisənin tikintisi və işə salınmasını Qırğızıstan Respublikasının Nazirlər Kabineti, yerli müəssisələr Çinin “China Hubei Zhuoyue Group” şirkəti ilə birgə həyata keçirir.

Birinci mərhələdə investisiyaların həcmi 115 milyon ABŞ dolları, layihə gücü ildə 80 mindən çox avtomobil təşkil edəcək.

Sadır Japarov vurğulyıb ki, sənayedə əlverişli şəraitin təmin edilməsi ilə yanaşı, avtomobil istehsalı, idxal üçün avtomobil hissələrinin istehsalı və beynəlxalq ticarətin inkişafı hesabına Qırğızıstanın milli avtomobil brendinin yaradılmasına çalışmaq vacibdir.

Qırğızıstan prezidenti onu da qeyd edib ki, bu məqsədə nail olmaq üçün sənayenin inkişafına mane olan əngəlləri aradan qaldıracaq, bununla bağlı xərcləri azaldacaq, ölkənin iqtisadi gəlirlərini artıracaq, iş yerləri açılacaq.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər