Son dəqiqə

Qırğızıstan Sadır Japarov BƏƏ

Sadır Japarov BƏƏ-nin vitse-prezidenti ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov, dünən Dubayda keçirilən Ümumdünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin vitse-prezidenti, BƏƏ-nin baş naziri, Dubayın hakimi Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri arasında hər iki ölkənin mənafeyi naminə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Məhəmməd bin Rəşid Əl Məktum, Qırğızıstan prezidentinin Ümumdünya Hökumət Sammitində iştirakını alqışlayıb və bildirib ki, onun BƏƏ-yə səfəri və əldə olunan razılaşmalar ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə yeni təkan verəcək.

Sadır Japarov, həmçinin Qırğızıstan və BƏƏ arasında ticari-iqtisadi əlaqələrin intensivləşməsindən məmnun olduğunu qeyd edib və 2013-cü ildən Dubayda keçirilən Dünya Hökuməti Sammitinin dünya dövlətlərini maraqlandıran məsələlərin müzakirəsi üçün səmərəli platformaya çevrildiyini vurğulayıb.

Görüşün sonunda Sadır Japarov, Məhəmməd bin Rəşid Əl Məktum Qırğızıstana rəsmi səfərə dəvət edib.​

Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Dünya Hökumət Sammitində iştirak etmək üçün dünən Dubayda işgüzar səfərdə olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər