Sadır Japarov Dubay İslam Bankının prezidenti ilə görüşüb

Sadır Japarov Dubay İslam Bankının prezidenti ilə görüşüb

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov, Dubay İslam Bankının prezidenti Məhəmməd Əl-Şaybani ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş BƏƏ-yə işgüzar səfər çərçivəsində Dubayda baş tutub.

Görüş zamanı, iri investisiya layihələrinin birgə həyata keçirilməsi və İslam maliyyəsi prinsiplərinə əsaslanan bank xidmətlərinin inkişafı müzakirə edilib.

Sadır Japarov qeyd edib ki, Qırğızıstan şəriət normalarına ciddi riayət etməklə fəaliyyət göstərən tam hüquqlu maliyyə qurumunun açılmasında maraqlıdır.

Qırğızıstan prezidenti respublikada bu məqsədlər üçün qanunvericilik bazası olduğunu və bu cür maliyyə xidmətlərinə böyük marağın olduğunu vurğulayıb. O əlavə edib ki, Qırğızıstanda İslam bankçılığı inkişafının ilkin mərhələsindədir, ona görə də 1975-ci ildə açılmış Dubay İslam Bankının təcrübəsi İslam maliyyə xidmətlərinin inkişafına mühüm töhfə verəcək.

Dubay İslam Bankının prezidenti Məhəmməd Əl-Şaibani Sadır Japarovun qeyd etdiyi layihələrin əhəmiyyətini alqışlayıb və qarşılıqlı faydalı əməkdaşlığın prioritet sahələrini öyrənmək üçün bankın nümayəndələri arasından Qırğızıstana işçi qrupu göndərmək niyyətində olduğunu bildirib.

Görüş zamanı o, həmçinin turizm sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Dünya Hökumət Sammitində iştirak etmək üçün dünən Dubayda işgüzar səfərdə olub.

Aytac Süleymanova

Twitter: a_alieva_