Son dəqiqə

Qırğızıstan Bişkek

Qırğızıstanda helikopter qəzası nəticəsində yaralıların sayı 10-a çatıb

Bakı. TurkicWorld:

Qırğızıstanın paytaxtı Bişkekdə Mi8 helikopterinin qəzaya uğraması nəticəsində yaralıların sayı 10-a çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Müdagiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb, yaralılardan dörd nəfər reanimasiyadadır, altı nəfərin vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin 23565 saylı hərbi hissəsinin ərazisində Mi-8MTV tipli helikopter təlim uçuşları zamanı qəzaya uğrayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər