Son dəqiqə

Qırğızıstan Sadır Japarov BƏƏ

Sadır Japarov BƏƏ-nin energetika naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov, Dubaya işgüzar səfəri çərçivəsində, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Əl-Mazrui ilə görüşlər keçirib.

TurkicWorld-un məlumatına görə, tərəflər xüsusilə ticarət, iqtisadiyyat, investisiya və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Sadır Japarov Qırğızıstanın BƏƏ ilə dostluq əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb. Bu kontekstdə dövlət başçısı qeyd edib ki, Qırğızıstanın Energetika Nazirliyi, “Masdar” şirkəti və Fransanın “Electricité de France” şirkəti arasında üçtərəfli anlaşma memorandumunun imzalanması hidroenergetika sahəsində əməkdaşlıq üçün çox maraqlı imkanlar yaradacaq.

Sadır Japarov onu da vurğulayıb ki, Qırğızıstanın böyük enerji potensialı var.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər