Son dəqiqə

Qırğızıstan

Qırğızıstan parlamenti dövlət bayrağına dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

Bakı. TurkicWorld:

Qırğızıstanın Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və parlamentin reqlamenti komitəsi dövlət bayrağına dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin təşəbbüskarı millət vəkilləri Nurlanbek Şakiyev və Ulan Primov olub.

Primov bildirib ki, qanun layihəsi Qırğızıstanın ən mühüm dövlət rəmzlərindən biri olan bayrağı təkmilləşdirmək məqsədi daşıyır. Ölkə bayrağındakı dalğavari günəş şüalarının aydın formaya dəyişdirilməsi təklif edilir.

Bundan əlavə, bayrağın ilkin yaradıcıları Qırğızıstan bayrağındakı günəş şüalarının yeni dizaynının işlənib hazırlanmasında iştirak edib, riyazi hesablamalar, rəsmlər və bununla bağlı işlər tamamlanıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər