Bakı. TurkicWorld:
Qırğızıstanlı keçmiş FİFA futzal hakimi Nurdin Bukuev, Qırğızıstan - Oman oyunundan əvvəl rəsmi olaraq Ginnesin Rekordlar Kitabının sertifikatına layiq görülüb.
TurkicWorld-un məlumatına görə, Nurdin Bukuev futzal üzrə dünya çempionatının idarə etdiyi oyunların sayına görə mütləq dünya rekordçusu olmaqla yanaşı, bu göstəriciyə nail olan ilk və yeganə hakimdir.
O, dörd dünya çempionatında xidmət edib - Dünya Çempionatı Braziliya 2008, Tayland 2012, Kolumbiya 2016 və Litva 2021.
Aytac Süleymanova
Twitter: a_alieva_