Son dəqiqə

Qırğızıstan Sadır Japarov Yaponiya

Qırğızıstan prezidenti Yaponiyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov 17-20 noyabr tarixində Yaponiyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, görüş zamanı tərəflər iki ölkənin mənafeyi naminə bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar, konsulluq və viza sahələrində ikitərəfli Qırğızıstan-Yaponiya əməkdaşlığının inkişafı və genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə edəcəklər.

Eyni zamanda, səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər