Son dəqiqə

Rusiya Vladimir Putin Qırğızıstan Sadır Japarov

Putin Sadır Japarova “Şərəf” ordeni təqdim edib

Bakı. TurkicWorld:

Putin Sadır Japarova “Şərəf” ordeni təqdim edib.

TurkicWorld-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sadır Japarova Rusiyanın dövlət mükafatı olan “Şərəf” ordenini təqdim edib.

Mərasim Bişkekdəki Ala-Arça dövlət iqamətgahında baş tutub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda rəsmi səfərdədir. Qırğızıstan Prezidenti Sadır Japarov və Vladimir Putin ikitərəfli görüş keçiriəcəklər. Görüş zamanı, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək.

Putin, Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aviabazasının (Rusiya hərbi hava bazası) açılmasının 20 illiyinə həsr olunmuş bayram proqramında iştirakedəcək.

Məlumat üçün bildirək ki, Qırğızıstan prezidenti Sadır Japarov və Rusiya prezidenti Vladimir Putin, 8 may 2023-cü il tarixində Moskvada görüşüblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər