Qırğızıstan prezidenti Nyu-Yorka rəsmi səfər edib

Qırğızıstan prezidenti Nyu-Yorka rəsmi səfər edib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində prezident Japarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edəcəyi, həmçinin, Mərkəzi Asiya Dövlət Başçıları Birinci Sammitində iştirak edəcəyi və ABŞ prezidenti Co Baydenlə görüşəcəyi gözlənilir.

Bundan əlavə, Sadır Japarov BMT-nin Baş katibi Entoni Quterreş, xarici dövlətlərin və beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə də görüş keçirəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01