Sadır Caparov Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədrini qəbul edib

Sadır Caparov Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədrini qəbul edib

Bakı. TurkicWorld:

Qırğızıstan Prezidenti Sadır Caparov Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makalisterin başçılıq etdiyi Avrop nümayəndə heyətini qəbul edib.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətləri, o cümlədən regional əməkdaşlıq üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının Qırğızıstanın xarici siyasətində xüsusi yerini xatırladan dövlət başçısı qeyd edib ki, müstəqillik illərində Qırğızıstan ilə Aİ arasında münasibətlər etimad və dostluq əsasında inkişaf edib.

"31 illik əməkdaşlıq dövründə ikitərəfli əməkdaşlıq, demək olar ki, qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin səmərəli qarşılıqlı fəaliyyəti sahəsində möhkəmlənib. Aİ ilə əməkdaşlığımız daha da möhkəmlənəcək və gözlənilən Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişinin mühüm rolunu var. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadi inkişafdır",- deyə Sadır Caparov bildirib.

Devid Makalister səmimi qəbula görə Sadır Caparova təşəkkür edib, inkişafın gedişindən, siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən, regional problemlərin həllindən məmnunluğunu ifadə edib.

"Avropa Parlamenti ikitərəfli əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə, Qırğızıstana lazımi dəstəyi göstərməyə hazırdır",- deyə Devid Makalister əlavə edib.

Görüş zamanı Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Qırğızıstan tərəfinin Brüsselə səfərə dəvətini təsdiqləyib.

Devid Makalister, Sadır Caparovun həm Mərkəzi Asiya ölkələri, həm də Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolunu və böyük töhfəsini vurğulayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın cari sahələrində dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Aytac Süleymanova

Twitter: a_alieva_