Son dəqiqə

Qırğızıstan Sadır Japarov PUA

Qırğızıstanda dron və PUA-ların ixracı qadağan edilib

Bakı. TurkicWorld:

Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov bildirib.

"Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, mediada Qırğızıstandan olan 14 Pilotsuz Uçuş Aparatının (kənd təsərrüfatı dronları) Qazaxıstanda ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər