Qırğızıstan Çində Ticarət Evi açacaq

Qırğızıstan Çində Ticarət Evi açacaq

Bakı, TurkicWorld:

Qırğızıstan Çinin Sincan-Uyğur Muxtar Rayonunda Ticarət Evi açacaq.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma 25 may tarixində Qırğızıstanın İqtisadiyyat Nazirliyi və Çinin Ema şirkəti arasında əldə edilib.

Məlumata əsasən, danışıqlarda Qırğızıstandan 20-dən çox, Çindən isə 80 şirkətin nümayəndəsi iştirak edib. Nümayəndələr təhsil, səhiyyə, memarlıq və tikinti, informasiya texnologiyaları, logistika və beynəlxalq nəqliyyat, kənd təsərrüfatı, energetika, elektron ticarət və maliyyə sektorunu təmsil edib.

Ləman Əsədli
Lamanasadli01