Son dəqiqə

Qırğızıstan Sadır Japarov Monqolustan

Qırğızıstan Monqolustanın paytaxtında səfirlik açacaq

Bakı, TurkicWorld:

Qırğızıstan Monqolustanın paytaxtı Ulan-Batorda səfirlik açacaq.

TurkicWorld xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov "Qırğızıstan Respublikasının Monqolustanda səfirliyinin yaradılması haqqında” fərman imzalayıb.

Məlumata əsasən, fərman iki ölkə arasında siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin daha da inkişafını təmin etmək məqsədilə qəbul imzalanıb.

Qeyd edək ki, əvvəllər Qırğızıstanın Çin Xalq Respublikasında yerləşən səfirliyi Monqolustanda da fəaliyyət göstərib.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər