Son dəqiqə

Qırğızıstan Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı tekstil və tekstil üçün xammadə Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Qırğızıstana tekstil ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 9 milyon 332 min 4 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 5 milyon 11 min 84 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 1 milyard 488 milyon 557 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 9 milyard 313 milyon 685 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər