Qazaxıstan vətəndaşları Azərbaycandakı səsvermədə fəal şəkildə iştirak edirlər

Qazaxıstan vətəndaşları Azərbaycandakı  səsvermədə fəal şəkildə iştirak edirlər

Bakı. TurkicWorld:

Bakıdakı Qazaxıstan səfirliyində açılan 262 nömrəli seçki qutusu səhər saatlarından fəal şəkildə seçiciləri qəbul edir.

TurkicWorld-un məlumatına görə, bunu Seçki Komissiyasının sədri Jandos Nurmuxambetov deyib.

“Konsulluqda qeydiyyatda olan Qazaxıstan vətəndaşları və müxtəlif səbəblərdən, o cümlədən ezamiyyətlə bağlı Bakıda olan vətəndaşlarımız bu seçki məntəqəsində səs vermək imkanına malikdirlər.”- deyə Jandos Nurmukhambetov vurğulayıb.

O bildirib ki, burada heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçki qanunvericiliyinə uyğun olaraq bütün tələblər yerinə yetirilir.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının müşahidəçiləri səsvermənin gedişini izləyirlər.

Bu gün Azərbaycanda daimi və müvəqqəti yaşayan 140-dan çox Qazaxıstan vətəndaşının səs verməsi gözlənilir.

Məntəqədə səsvermə yerli vaxtla saat 08:00-dək davam edəcək