Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Uran zənginləşdirilməsi

Qazaxıstanda uran satışları 11 faiz artıb

BAKI,TurkicWorld

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazatomprom” şirkətinin idarə heyətinin sədri Meyirjan Yusupovu qəbul edib və şirkətin 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatı dinləyib.

TurkicWorld xəbər verir ki, ötən il holdinq üzrə uran istehsalı 25,8 min ton təşkil edib ki, bunun 13,5 min tonu birbaşa şirkətin payına düşüb.

Uran satışlarının həcmi isə 11 faiz artaraq 18,5 min tona yüksəlib.

Şirkət rəhbərliyi bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq geoloji kəşfiyyat işləri genişləndirilir və ölkənin xammal bazası gücləndirilir. Ümumi sahəsi 1000 kvadrat kilometrdən çox olan altı yeni perspektivli uran yatağı üzrə portfel formalaşdırılıb. 2030-cu ilə qədər geoloji kəşfiyyata yatırımların 75-85 milyard tenge səviyyəsində olması planlaşdırılır.

Bundan əlavə, “Kazatomprom” uran hasilatı bölgələrində sosial-iqtisadi layihələrə dəstəyini davam etdirir. 2025-ci ildə bu istiqamətdə 11 milyard tenqedən çox vəsait ayrılıb.

Şirkət eyni zamanda beynəlxalq bazarlarda mövqeyini genişləndirir. 2025-ci ildə İsveçrənin “Axpo Power AG”, Çexiyanın “ČEZ Group” və Yaponiyanın “Kansai Electric Power” şirkətləri ilə uran tədarükü üzrə müqavilələr imzalanıb.

Hazırda Hindistanla uzunmüddətli tədarük müqaviləsi üzrə danışıqlar davam edir. Şirkət innovasiya və elmi-tədqiqat fəaliyyətlərini gücləndirərək 2034-cü ilə qədər texnoloji inkişaf strategiyasını həyata keçirməyi planlaşdırır.

Mövzuya görə xəbərlər