Son dəqiqə

Qazaxıstan raket sınaqları Meteoroloji raket Rəqəmsal İnkişaf Nazirliyi Aerokosmik Sənaye Uçuş sınaqları 2025 Prototip hazırlığı Elmi-tədqiqat işləri

Qazaxıstan ilk meteoroloji raketinin sınaqlarını keçirəcək

Bakı. TurkicWorld:

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi 2025-ci ildə ölkənin ilk meteoroloji raketinin uçuş sınaqlarını həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, hazırda Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsinə tabeli qurumlar meteoroloji raketin prototipinin hazırlanması istiqamətində elmi-tədqiqat və təkmilləşdirmə işləri aparır. Yay uçuş sınaqlarının isə 2025-ci ildə keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə dair məlumatlar məxfi xarakter daşıyır və məhdudlaşdırılmış xidməti informasiya kimi təsnif edildiyi üçün nazirlik prosesin gedişi, xüsusiyyətləri və nəticələri barədə açıqlama verə bilmir.

Mövzuya görə xəbərlər