Bakı, TurkicWorld:
Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq məsələlərini müzakirə edib.
TurkicWorld xəbər verir ki, prezidentlər Qazaxıstan-Rusiya əməkdaşlığının perspektivlərini və strateji tərəfdaşlıq ruhunda mütərəqqi inkişafı müzakirə ediblər.
Dövlət başçıları ticarət-iqtisadi, investisiya və sənaye, eləcə də mədəni-humanitar sahələrdə sazişlərin həyata keçirilməsi üzrə hər iki ölkənin hökumətləri arasında yaxşı əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirib.
Bundan başqa, Tokayev və Putin beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.