Bakı. TurkicWorld:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi üçün hazırlıqlar aparılır.
TurkicWorld xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ABC telekanalına məlumat verib.
“Hazırlıqlar gedir,” - deyə Uolts bildirib və yaxın günlərdə liderlər arasında telefon danışığının baş tuta biləcəyini əlavə edib.
Jurnalistin Tramp, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş və onun formatı ilə bağlı sualını cavablandıran Uolts deyib: “Hələ dəqiq formatı müəyyən etməmişik. Lakin yaxın günlərdə və ya həftələrdə telefon danışığı olmasını gözləyirik. Bu, atacağımız ilk addım olacaq və sonra planlarımızı davam etdirəcəyik.”