Türkiyəli investorlar Qazaxıstanda elektrik stansiyası tikəcək

Türkiyəli investorlar Qazaxıstanda elektrik stansiyası tikəcək

Bakı. TurkicWorld:

Türkiyəli investorlar Qazaxıstanın Çimkent şəhərində 500 MVt gücündə kombinə edilmiş elektrik stansiyası tikəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxısanın Çimkent şəhərinin meri Qabit Sızdıkbekov və Murad Ustelin rəhbərlik etdiyi Türkiyənin Aksa Enerji şirkətinin nümayəndələri memorandum imzalayıb.

Mer bildirib ki, yeni layihə şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək və büdcəyə əlavə gəlirlər gətirəcək.

Dəyəri 700 milyon ABŞ dolları olan investisiya layihəsinin hazırlanması şəhəri elektrik, istilik və isti su ilə təmin etmək məqsədi daşıyır. Onun tikintisi 1000-dən çox iş yeri yaradacaq, zavod istifadəyə verildikdən sonra isə 200-dən çox yerli sakin daimi işlə təmin olunacaq.

Qabit Sızdıkbekov şəhərə göstərdikləri marağa və energetika kompleksinin inkişafına birbaşa investisiya yatırdıqlarına görə investorlara təşəkkürünü bildirib.

O, həmçinin birgə layihənin daha tez həyata keçirilməsi üçün hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

X: Lamanasadli01