Tokayev Belarusa rəsmi səfər edəcək

Tokayev Belarusa rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev 2024-cü ilin üçüncü rübündə Belarusa rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Belarusdakı səfiri Erlan Bayjanovla görüşü zamanı bildirib.

"Belarus üçün bu mühüm səfərin bəzi aspektlərini müəyyənləşdirmək bu gün bizim üçün çox vacibdir”, - deyə Lukaşenko qeyd edib.

Belarus prezidentinin sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında yüksək səviyyəli görüşlər planlaşdırılır.

X: Lamanasadli01