Tokayev Qətərə səfər edib

Tokayev Qətərə səfər edib

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Qətərə dövlət səfərinə gedib.

TurkicWorld xəbər verir ki, onu Qətər Əmiri Təmim bin Həməd Al Tani qarşılayıb.

Məlumata əsasən, fevralın 14-də Qazaxıstan Prezidenti Tokayev Qətər Əmiri Təmim bin Həməd Al Tani və Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə danışıqlar aparacaq.

Danışıqların yekununda bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Qazaxıstan prezidenti Qazaxıstan-Qətər investisiya dəyirmi masasında iştirak edəcək və Qətərin biznes rəhbərləri ilə görüşlər keçirəcək.

X: Lamanasadli01