"FlyArystan" aviaşirkəti "Air Astana"dan ayrılıb

"FlyArystan" aviaşirkəti "Air Astana"dan ayrılıb

Bakı. TurkicWorld:

Qazaxıstanın “FlyArystan” aşağı büdcəli aviaşirkəti “Air Astana”dan ayrılıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Samruk-Kazyna” şirkətinin aktivlərinin özəlləşdirilməsi departamentinin direktoru Dastan Adıxocayev məlumat verib.

"Əvvəllər "FlyArystan" "Air Astana"nın struktur bölməsi idi. İndi isə FlyArystan 100% törəmə şirkətdir. Yəni, artıq müstəqil hüquqi şəxsdir, - deyə o bildirib.

Məlumata əsasən, bununla bağlı gələcəkdə korporativ strukturda dəyişiklik etmək planlaşdırılmır.

Bundan əlavə, FlyArystan yaxın zamanda öz operator sertifikatını alacaq.

X: Lamanasadli01