Bakı. TurkicWorld:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, iki ölkə başçısı arasında baş tutan telefon danışığında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanın dəvətini qəbul edib və ölkəyə səfər edəcəyini bildirib.
Bundan başqa, tərəflər telefon danışığında ikitərəfli gündəlikdə duran məsələləri müzakirə ediblər. Həmçinin, müxtəlif sahələrdə, o cümlədən, hər iki tərəfin iqtisadiyyat sahəsində əməkdaşlığın reallaşdırılmasında qarşılıqlı marağı təsdiqlənib.