Avropa İttifaqının Qazaxıstanla əməkdaşlığa ehtiyacı var - AP deputatı

Avropa İttifaqının Qazaxıstanla əməkdaşlığa ehtiyacı var - AP deputatı

Bakı. TurkicWorld:

Avropa İttifaqının Qazaxıstanla əməkdaşlığa ehtiyacı var.

TurkicWorld-un məlumatına görə, bu sözləri Avropa Parlamentinin (AP) deputatı Rişard Çarneçki deyib.

Deputat yaxın zamanda Qazaxıstana edəcəyi səfəri haqqında danışarkən bildirib ki, Qazaxıstanla daha dinamik və konkret əlaqələrə ehtiyacımız var.

Onun səfərinin gündəliyində Qazaxıstan diplomatları, parlamentarilər və ölkənin İnsan Hüquqları üzrə Müvəkkili ilə görüşlər nəzərdə tutulub. Danışıqlarda ticarət-iqtisadi əlaqələr, Mərkəzi Asiyada regional siyasətin inkişafı, qanunun aliliyi, Qazaxıstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanları əsas yer tutur.

“Xarici sərmayələr və perspektivli sahələrdə Qazaxıstanla birgə layihələr geosiyasi gücün tarazlaşdırılması üçün faydalıdır. Bizim üçün Qazaxıstan Mərkəzi Asiya regionunda əsas tərəfdaşdır",- deyə Rişard Çarneçki əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_