Fransa prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Fransa prezidenti Qazaxıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makron Qazaxıstan prezidenti Kasım-Joomart Tokayevin dəvəti ilə 1 noyabr tarixində Qazaxıstana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.

Bundan əlavə, Macarıstanın Baş naziri Viktor Orbanın noyabrın 2-də Astanaya rəsmi səfəri gözlənilir.

Qeyd edək ki, 3 noyabr tarixində Qazaxıstanın paytaxtı Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısına ev sahibliyi edəcək. Tədbirdə TDT-ə üzv dövlətlərin – Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistanın, eləcə də müşahidəçi ölkələrin – Macarıstan və Türkmənistanın liderləri iştirak edəcəklər.

Ləman Əsədli
Twitter: Lamanasadli01