Türkiyə ərazisində terror aktlarını həyata keçirməkdə məsul bilinən şəxs zərərsizləşdirilib

Türkiyə ərazisində terror aktlarını həyata keçirməkdə məsul bilinən şəxs zərərsizləşdirilib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən aparılan əməliyyat nəticəsində terror təşkilatının Türkiyə ərazisində terror aktlarını həyata keçirməkdə məsul bilinən şəxs Gültən Matur zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində “silahlı terror təşkilatına üzv olmaq” cinayətindən həbs qərarı çıxarılan qaçaq terrorçu Maturun xaricə getmək axtarışında olduğu müəyyən edilib.