Son dəqiqə

Xəzər dənizi FHN

Xəzərdə balıqçı batdı, helikopter axtarışa cəlb edildi

Bakı. TurkicWorld

Neft Daşlarının yaxınlığında balıqçı dənizdə batıb.

Bu barədə TurkicWorld-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Mövzuya görə xəbərlər