Bakı. Trend:
7–11 oktyabr 2026-cı il tarixlərində Qəbələ–Xankəndi istiqamətində 192 km məsafəni əhatə edən ultramarafon keçirilib.
Fövqələdə Hallar Nazirliyindən verilən məlumata görə, tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə marşrut boyunca Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvə və texnikası ərazilərə cəlb olunub.
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib.






