Türkiyənin Atatürk universitetində yanğın baş verib (VİDEO)

Türkiyənin Atatürk universitetində yanğın baş verib (VİDEO)

Bakı. TurkicWorld:

Türkiyənin Erzurum şəhərində yerləşən Atatürk Universitetində yanğın olub. TurkicWorld-un məlumatına görə, yanğın universitetin yeməkxanasında qaz sızıntısı səbəbi ilə başlayıb.

Məlumata görə, hadisə yerinə çoxlu sayıda yanğın söndürən göndərilib.

Qeyd edək ki, alovlar küləyin təsiri ilə böyüməyə davam edir.

Yanğın baş verən zaman yeməkxanada olan tələbələrlə bağlı hələ heç bir məlumat verilməyib.