Son dəqiqə

Almaniya

Almaniyada klubda bibər qazın çilənməsi nəticəsində 38 nəfər xəsarət aldı

BAKI, TurkicWorld

Almaniyanın Bremervörde şəhərindəki diskotekada bibər qazı ilə çiləmə nəticəsində ümumilikdə 38 nəfər xəsarət alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "DPA" agentliyi xəbər verib.

Məlumata əsasən, klubun ziyarətçiləri bibər qazın çilənməsi ilə bağlı şübhələr səbəbindən gecə təxliyə ediliblər.

Polisin məlumatına görə, ümumilikdə 38 nəfər xəsarət alıb, onlardan səkkizi tibbi yardım üçün xəstəxanalara aparılıb. Polis gəlməmişdən əvvəl ziyarətçilər təxliyə edilib. Onlar çöldə idilər və nəfəs almaqda çətinlik çəkdiklərindən, eləcə də göz və tənəffüs yollarının qıcıqlanmasından şikayətlənirdilər.

Mövzuya görə xəbərlər