Son dəqiqə

Azərbaycan Azərbaycan ordusu Fövqəladə Hallar Nazirliyi Gədəbəy

Gədəbəydə yanğın baş verib

BAKI,TurkicWorld

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

TurkicWorld xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Mövzuya görə xəbərlər