BAKI, TurkicWorld
Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.
TurkicWorldxəbər verir ki, onlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.
Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.
XXX
21:19
Minik avtomobili traktora çırpılıb, yaralılar var.
TurkicWorld xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib. "Hunday" markalı minik maşının traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.
Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilir:
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.







