Son dəqiqə

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb

Bakı. TurkicWorld:

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Bu barədə TurkicWorld-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.