Son dəqiqə

Qara dənizdə köməksiz qalan türk gəmisinə raket hücumu edilib

Bakı. TurkicWorld:

Qara dənizdə köməksiz vəziyyətdə qalan Türkiyənin “Bayraklı Kuruoğlu-3” quru yük gəmisinə Ukraynanın Xreson limanında iki raket düşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Kuruoğlu Dəniz Şirkəti Türk Dəniz Medyaya xüsusi müsahibəsində məlumat verib.

“Şirkətimizin Türkiyə bayraqlı MV KURUOĞLU-3 gəmisi 22.02.2022-ci il tarixində 2 min 800 ton toplu UREA yükünü boşaltmaq üçün Xerson limanına yanaşdı və Rusiya-Ukrayna müharibəsi səbəbindən artıq 2 ildir ki limanda qalıb”. - deyə şirkətdən verilən məlumatda bildirilib.

Açıqlamaya görə, gəmi 27.02.2024-cü il tarixində Rusiyadan atıldığı ehtimal edilən iki raketlə sancaq tərəfindən vurulub.

“Nəticədə gəmimiz su almağa başlayıb. Gəmimiz kəndirlərin köməyi ilə quruya bərkidilsədə kəndirlərin qopması və gəmimizin batması an məsələsidir", - deyə şirkətdən bildirilib.